24.11.2020 [11:19] - Gündəm, İdman
Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşəbbüsü ilə keçirilən “Champions Chess Tour” çərçivəsində onlayn “Skilling Open” turniri davam edir.
Turnirdə ölkəmizi təmsil edən qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə daha 3,5 xal toplayıb. Belə ki, mübarizəyə Alireza Firuzca (İran) üzərində qələbə ilə başlayan şahmatçımız daha sonra Ermənistan təmsilçisi Levon Aronyanı və polşalı Yan Kşiştov Dudanı məğlub edib. Şahmatçımız günün yeganə məğlubiyyətini 9-cu turda Liren Dinq (Çin) ilə qarşılaşmada alıb. T.Rəcəbov sonrakı oyunda Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə edib.
Beləliklə, iki günün yekununda 5 xal toplayan T.Rəcəbov 8-ci yerdə qərarlaşıb. A.Giri 6,5 xalla liderliyini davam etdirir.
Qeyd edək ki, yarışın ilk üç günü ərzində 16 şahmatçının iştirakı ilə keçirilən ilkin mərhələdə pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkiz zəka ustası müəyyənləşəcək.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |