Şrift:
Vərziğanın İcra Başçısı: “Zəlzələdən zərərçəkənlərə yardım edin”
19.11.2012 [12:31] - Güney Azərbaycan xəbərləri
Zəlzələyə dəfələrlə məruz qalan Güney Azərbaycanın Vərziğam bölgəsinin İcra Başçısı (fərmandar) təbii fəlakətdən zərərçəkənlərə yardım tələb edib.
Məhərrəm Fruği Şocai qeyd edib ki, “noyabrın 16-da (abanın 26-da) Vərziğam bölgəsində baş verən 4.9 bal (rişter) gücündə zəlzələ nəticəsində daha 3 yaşayış evi dağılıb, soyuq hava və qar zəlzələdən zərərçəkənləri çənginə alıb”.
“İsna” xəbər agentliyi Fruği Şocaiyə istinadən yazır ki, Vərziğanda təbii fəlakətdən zərərçəkənlər suyuq hava şəraitində qaldıqları üçün, onların müxtəlif isti paltar və yorğana ehtiyacı var. İcra Başçısı əhalidən istəyib ki, zəlzələdən zərərçəkənlərin köməyinə çatsınlar.
Qeyd edək ki, son məlumata görə, dünənki zəlzələ nəticəsində təxminən 10 nəfər xəsarət alıb. Onlar artıq klinikada müalicə olub və evə buraxılıblar.
Xatırladaq ki, avqustun 11-də bu bölgədə 6,2 bal gücündə baş vermiş zəlzələnin vurduğu ziyan hələ aradan qaldırılmayıb və zəlzələ nəticəsində evləri dağılanlar, bu günə qədər çadırlarda məskunlaşıblar. Həmin zəlzələdən sonra indiyədək bu bölgədə 3200 dəfə müxtəlif bal gücündə zəlzələlər baş verib. Sonuncu belə zəlzələ noyabrın 7-də Vərziğan şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə baş vermişdi. Zəlzələ nəticəsində 50 nəfər xəsarət almışdı. Onların əksəriyyəti məktəblilər idi.
Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed