Şrift:
Türkiyədə koronavirusa yoluxma və ölüm sayı artmaqdadır
26.11.2020 [09:46] - Gündəm, Sosial
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempi bütün ölkə üzrə kütləvi xarakter alıb. Hazırda İstanbul, Kacaeli, Bursa və İzmirdə virusun yayılması üçüncü zirvə nöqtəsinə çatıb. Ölkə üzrə 15 vilayətdə yoluxma dərəcəsində 50 faiz artım var. Epidemiyanın yayılma riskini azaltmaq üçün əhali tələb olunan qaydalara əməl etməli, təhlükənin ciddiliyinə məsuliyyətlə yanaşmalıd

Bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Koronavirus peyvəndinin əldə edilməsi və tətbiqi ilə bağlı Türkiyədə görülən işlərlə bağlı məlumat verən nazir bildirib ki, yerli istehsal peyvənd 44 könüllüyə tətbiq edilib.

Qeyd edək ki, noyabrın 25-də Türkiyədə 164 min 547 nəfər testdən keçirilib. Gün ərzində bu xəstəlikdən 168 nəfər ölüb, 3 min 911 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 460 min 916 nəfərdə virus aşkarlanıb, 12 min 672 nəfər ölüb. Hazırda gündəlik yoluxma və ölüm halında sürətli artım müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed