Şrift:
Şahbuz rayonunda meyvə bağlarından 5 min 214 ton məhsul yığılıb
30.11.2020 [11:09] - Xəbərlər, İqtisadiyyat
Muxtar respublikanın Şahbuz rayonunda meyvə bağlarından 5 min 214 ton məhsul yığılıb.

Bundan əlavə bar verən üzüm bağlarından 172 ton məhsul yığılıb. Bu da 1 noyabr 2019-cu illə müqayisədə 1,2 faiz çoxdur.

Şahbuz Rayon Statistika İdarəsinin məlumatına əsasən, 1675 hektar dənli və dənli paxlalı bitkilərin əkini sahəsindən 4 min 583 ton məhsul tədarük edilib.

Rayonda bu il 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 1,3 faiz, yun istehsalı 1,1 faiz artıbdır
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed