01.12.2020 [11:17] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan Qırğızıstanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Qırğızıstanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Lou Muhammed arasında onlayn görüş keçirilib. Y.Abdullayev AZPROMO-nun fəaliyyəti, ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Müvəqqəti işlər vəkili L.Muhammed Qırğızıstanın Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Qırğızıstanın İnvestisiyaların Təşviqi və Qorunması üzrə Agentliyi ilə əlaqələrin qurulması, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |