01.12.2020 [11:30] - Xəbərlər, Mədəniyyət
Rusiyanın Sankt-Peterburq şəhərində “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda VIII beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.
Müasir cəmiyyətin fəlsəfi, sosioloji, psixoloji və politoloji aspektlərinin tədqiqi təcrübəsinin öyrənilməsinə həsr olunan konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Yaşıl informasiya sistemləri və texnologiyaları davamlı inkişafın mühüm komponenti kimi” mövzusunda məruzə ilə çıxış edib. Konfransda, həmin müəssisənin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Sivilizasiyaların dialoqu və kommunikasiyası müasir fəlsəfi problem kimi” və böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovun “Qloballaşma dövründə davamlı inkişaf və milli sosial-ekoloji siyasət” mövzularında məruzələri dinlənilib.
Yekunda azərbaycanlı alimlərə sertifikatlar təqdim edilib.

Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |