Şrift:
Abbas Lisaninin saxlanıldığı Ərdəbil həbsxanasının 7-ci bölməsində koronovus
01.12.2020 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil həbsxanasının 7-ci Bölməsində həbsdə olan türk siyasi fəal Yuusif Kari, 30 noyabr 2020-ci il tarixində ailəsi ilə telefon danışığı zamanı cismi nasazlığından şikayətlənərək bildirib ki, koroovirus simptomlarının göründüyü üçün virusa yoluxduğundan şübhələnir.


Onun dediyinə görə, hal-hazırda həbsxananın 7-ci bölməsində saxlanılan Abbas Lisanidə şiddətli qızdırma və öskürək var. Onun durumunun necə olacağı narahat edicidir.


İranda koronovirus meydana gəldiyindən, İran məhkəmə orqanlarının əmri ilə, məhbusların əksəriyyəti tvirusun təhlükəli “qırmızı” vəziyyətə çatdığı səbəbiylə məhbuslar evlərinə buraxılsada, bir sıra məhkumlar məhkəmə-təhlükəsizlik orqanlarının qərarı ilə bu həyati hüquqdan məhrum edilib.



Eyni halda Abbas Lisani kimi məhbusların adları müvəqqəti azadlıq çıxan məhbusların siyahısından çıxarılmaqla yanaşı, indiki təhlükəli şərayitdə ona qarşı tətbiq olunan qadağalar dahada çoxalıb. Abbas Lisani ailə üzvləri ilə görüşməkdən məhrum edilməklə yanaşı onlarla telefon əlaqəsi qurmaq haqqından da məhrum edilib.


“Amnesty International” Türkiyə bu yaxınlarda Abbas Lisani'nin saxlanılması və 15 il həbs cəzasına məhkum edilməsi haqqında məhkəmə istintaqını araşdıran İran məhkəmə başçısı “İbrahim Rəisi”yə ünvanlanan imza kampaniyaya başlatdı.


Məktubda türk və azərbaycanlı hüquq müdafiəçisinin dərhal sərbəst buraxılmasını tələb etməklə yanaşı, beynəlxalq standartlara zidd olan məhkəmə prosesinin dəyişdirilməsinə və yenidən nəzərdən keçirilməsini istənilib.


“Beynəlxalq Əfv Təşkilatı”, daha əvvəl Abbas Lisaninin tutulmasını, işgəncə verilməsini və cəzalandırılmasını pisləyən açıqlamalar vermişdi.


Beynəlxalq Əfv Təşkilatı, Abbas Lisaninin bütün fəaliyyətlərinin dinc yolla, qanunlara uyğun şəkildə İrandakı türklərin və azərbaycanlıların hüquqlarının müdafiəsi üçün həyata keçirildiyini düşünür.
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed