02.12.2020 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhməd Rza Cəlalinin anası, həyat yoldaşı və vəkili, 1 dekabr çərşənbə axşamı günü ölüm hökmünü icra etmək üçün Kərəcdəkı Rəcai Şahr Həbsxanasına köçürüldüyünü deyiblər.
Bu azərbaycanlı araşdırmaçının hökmü İslam Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edilib.
Əhməd Rza Cəlalinin vəkili Hilalə Musəvian, müvəkkilinin edam oluna biləcəyindən narahatlığını ifadə edib.
Musəvian, İran İnsan Haqları Fəalları Dərnəyinin xəbər orqanı olan “HRANA”-ya deyib ki, "bu gün səhər Evin məhkəmə binasına getdiyim zaman, Cənab Cəlalinin 209-cu bəlmədə karantin şöbəsində həbs müddətinin bir həftə uzadılacağını bildirdilər.
Ancaq təxminən günorta saat 14-də idarə iş vaxtı bitəndən sonra yenidən cənab Cəlalinin edam cəzasını icrası üçün saat 17-də Kərəcdəki Rəcai Şahr Həbsxanasına köçürüləcəyi barədə mənə məlumat verildi."
Məhkəmə rəsmiləri Əhməd Rza Cəlali haqqında vəziyyətin gözlənilmədən dəyişməsinin səbəbini vəkilinə izah etməyiblər.
Cənab Cəlalinin anası və həyat yoldaşı da, xanım Musəvianın yazısına istinadən azərbaycanlı alimin edam olunma riskinin artmasından ciddi şəkildə narahat olduqlarını bildirdilər.
Dr.Calali bir həftə əvvəl Evin Həbsxanasının 209 saylı bölməsində təkadamlıq kameraya köçürülmüşdü.
İkili vətəndaşlığı olan məhbus telefon danışığında həyat yoldaşı Vida Mehrannia-ya
"bu son söhbətimiz ola bilər" deyə bildirmişdi.
Bu günə qədər karantin şöbəsində Cəlalinin ziyarətinə və ya telefon danışığına icazə verilməyib.
Keçən həftə, mümkün ölüm hökmü ilə bağlı xəbərlərin ardından İsveç Xarici İşlər naziri Əhməd Rza Cəlalinin edam hökmünün yerinə yetirilməsinin qarşısını almaq üçün iranlı həmkarı ilə danışdığını söyləmişdi.
Əhməd Rza Cəlali Tehran Universitetinin rəsmi dəvəti ilə İrana getmiş və 2016-cı ilin mayında həbs olunmuşdu. O, "düşmən dövlətlərlə işbirliyi və İsrailə casusluq yolu ilə ölkəyə qarşı müharibə"də ittiham olunur.
Cənab Cəlalinin vəkillərinin işə yenidən baxılmasını istəmələrinə baxmayaraq, Ali Məhkəmə onların vəsatətini tələsik şəkildə rədd etdi və ölüm hökmü, 2017-ci ilin sentyabr ayında Ali Məhkəmə tərəfindən təsdiq edildi.

Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |