Şrift:
Dünyada son bir həftə ərzində təxminən dörd milyon COVID-19-a yoluxma halı aşkar edili
02.12.2020 [11:45] - Gündəm, Sosial
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir həftə ərzində dünyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı yenidən dörd milyona yaxın artıb.

ÜST-ün noyabrın 29-a olan məlumata görə dünyada 61.8 milyondan çox COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. Bununla belə, keçən həftə artım əvvəlki həftə ilə müqayisədə bir qədər az idi - 4.605.891-ə qarşı 3.935.330.

Pandemiya başlayandan bəri ölən xəstələrin sayı 1,4 milyonu keçib. Son bir həftə ərzində 69 mindən çox insan həyatını itirib. Təşkilatın məlumatına görə ölüm hallarında ən böyük artım keçən həftə Amerika qitəsində qeydə alınıb.

Sentyabr ayından başlayaraq COVID-19-a yoluxma hallarının sayı hər həftə əvvəlki həftənin göstəricilərini keçərək, rekord həddə çatırdı. Keçən həftə ÜST sentyabr ayından bəri ilk dəfə olaraq COVID-19-a yoluxma hallarının yeni sayında azalma olduğunu qeyd edib. Təşkilatın Baş direktoru Tedros Qebreyesus bunun son həftələrdə Avropada görülən tədbirlərin sayəsində baş verdiyini hesab edir. Eyni zamanda ÜST rəhbəri ayıqlığı itirməməyə, mümkün qədər səyahət etməkdən imtina etməyə və Yeni il, Milad və digər bayramları dar ailə çərçivəsində qeyd etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed