03.12.2020 [00:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan tərəfi Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlasa da, bütün bu müddətdə məsələnin həlli, beynəlxalq hüququn icrası dünyanın gündəmindən kənarda qalıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupu bütün zamanlarda yalnız imitasiya ilə məşğul olub. Beynəlxalq Millətlər Təşkilatı (BMT) özünün qəbul etdiyi, Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən, işğalın sonlandırılmasını şərtləndirən qətnamələrin Ermənistan tərəfindən icra etməsində maraqlı olmayıb. Bütün bunlara baxmayaraq, məhz indi, Azərbaycan Vətən müharibəsi ilə işğala son verdiiy zaman məsələ dünyanın gündəmində önəmli yer tutur.
Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə xüsusi olaraq toxundu və bildirdi ki, Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilib. Görünən odur ki, Azərbaycan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutub, bu model özünü doğruldub. Nəticədə Azərbaycan öz torpaqlarını öz gücünə azad edib və bölgədə yeni hərbi-siyasi reallıq yaradıb. Bu reallıqlar isə artıq Azərbaycanın bölgədə söz sahibi olması, prosesləri diktə edəcəyinin göstəricisidir.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, millət olaraq çox ciddi uğurlarımız var. Bu uğurları qorumaq və inkişaf etdirmək indi əsas məqsəddir:
lində bitməyib, ikinci fazası olan siyasi mərhələsi başlayıb. Bu, daha amansız bir savaş olacaq. Fəal hərbi dövrdən sonra bir çox dövlətlərin üzərimizə gəlməsini gördük. Fransanın timsalında parlament, Belçika, Kanada və s. ölkələr üzərimizə gəldi. Bundan sonra Ermənistan tərəfi çalışacaq ki, öz müttəfiqlərini bizə qarşı bütün mənalarda səfərbər eləsin. Ona görə də əldə etdiyimiz nəticələri qorumaq çox mühümdür. Əlbəttə ki, bizim digər ərazilərdə də məcburi köçkünlərin yerləşdirilməsi və birgəyaşayış nəzərdə tutulur. Söhbət Xankəndi, Xocalı, Əsgərən, Xocavənddən qovulmuş insanların geri qayıtmasından gedir”.
Partiya sədri qeyd edib ki, Türkiyə sülhməramlıları gələndən sonra yeni situasiya yaranacaq:
“Yeni reallıqlarda bizim müəyyən qədər avantajımız da yaranacaq. Çünki biz qalib tərəfik. Düşmən tərəf kapitulyasiya aktına imza atıb. Amma buna baxmayaraq, qarşı tərəfin müqavimətini, dirənişini də görürük. Hətta bəzi ərazilərimizdən çıxmağa çalışmırlar, qalmaq istəyirlər, Rusiya sülhməramlıları ilə toqquşmaları olub. Cəmiyyətdə bir sıra qıcıq yaradan məsələlər də var idi, onların həlli təbii ki, zaman aparır. Xarici dairələrdə, bizə qarşı olanlarda da müəyyən hərəkətlənmələr olacaq. Söhbət ondan gedir ki, bəlli ərazilərdə mülki idarəetmənin həll olunması rahat məsələ deyil. Köçən əhalinin pasportlaşdırılması, strukturların yaranması, ən əsası isə silahlı dəstələrin çıxarılması işi aparılmalıdır”.
F.Quliyev bildirib ki, artıq heç bir status-kvodan söhbət gedə bilməz:
“Erməni ictimaiyyətində belə bir ab-hava yarana bilər ki, əvvəlki status-kvo haqqında söhbət gedir. Amma heç bir status-kvodan söhbət getmir. Azərbaycan öz ərazilərinə tam şəkildə nəzarə edəcək. Bununla hər kəs razılaşmalıdır. Artıq bölgədə yeni 2+2 formatı yaranıb. Hesab edirəm ki, Türkiyə sülhməramlıları gələndən sonra bizim işimiz daha rahat həll olacaq. Bizim üçün prioritet, qırmızı xətt olan bütövlük, müstəqillik və mülki idarəetmənin tamamilə Azərbaycanın ixtiyarında olmasıdır. Hesab edirəm ki, bu prosesdən sonra quruculuq işlərinə başlayacağıq. Amma qətiyyən müvəffəqiyətdən baş gicəllənməsi ola bilməz, cəmiyyətdə çat olmamalıdır. Çünki üzərimizə çox ciddi dərəcədə basqılar olacaq. Ermənistan bir qədər özünə gələndən sonra bu basqılar artacaq. Alternativ olaraq eyni davranışları ortaya qoymaq üçün ciddi şəkildə işləməyimiz çox vacibdir. Yeni yaranmış reallıqlar Azərbaycanın xeyrinə işləyəcək. Bir şərtlə ki, çalışmağımız ardıcıl olmalıdır. Belə olarsa, uğurlarımız artacaq və inkişaf edəcək”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |