03.12.2020 [11:48] - Gündəm, İqtisadiyyat
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir.
ASC-dən bildirilib ki, 2015-ci ildə "Azərişıq" yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9 faiz təşkil edib. 2016-cı ildə bu rəqəm 10 faiz, 2017-ci ildə 9,9 faiz, 2018-ci ildə 9,8 faiz, 2019-cu ildə 9,7 faiz, 2020-ci ildə isə 0,8 faiz azaldılmaqla 8,9 faiz təşkil edib.
Səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib ki, bu gün də "Azərişıq" texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir.
“2015-2020-ci illər ərzində ümumilikdə 1 milyon 300 minədək abunəçi yeni sayğaclarla təchiz olunub ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələri təşkil edib. Cari ilin 10 ayında isə ümumilikdə 196 min 436 abonent yeni sayğacla təchiz edilib və bunun da 185 min 543-ü əhali, 10 min 893-ü isə qeyri-əhali abonentlərinə aiddir. Görülən tədbirlər nəticəsində ümumilikdə “Azərişıq” üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5 faizədək azalmasına nail olunub”, - deyə V.Mustafayev əlavə edib.
O qeyd edib ki, “Azərişıq” tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir: "Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 10 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kilovoltluq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq ümumilikdə minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".

Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |