Şrift:
ÜST Afrika ölkələrini koronavirus əleyhinə peyvəndə ciddi hazırlaşmağa çağırır
04.12.2020 [09:46] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika ölkələrini əhalinin yeni növ koronavirus əleyhinə peyvənd edilməsi prosesinə fəal hazırlaşmağa çağırıb.

ÜST- xəbər verir ki, hazırda Afrika kontinentin tarixində ən böyük peyvənd kampaniyası olacaq COVID-19 əleyhinə peyvənd prosesinə hazır deyil.

ÜST-nin Afrikadakı regional bürosunun direktoru Matşidiso Moetinin sözlərinə görə, kontinent koronavirus əleyhinə kampaniyaya hazırlığı təcili olaraq aktivləşdirməlidir.

Güman edilir ki, bütün ölkələri ədalətli əsasda vaksinlə təmin etmək üçün yaradılan “COVAX” beynəlxalq mexanizminin köməyi ilə ilkin mərhələdə qitə əhalisinin 20 faizini koronavirusdan qorumaq mümkün olacaq.

ÜST-nin hesablamalarına görə, Afrikaya COVID-19 əleyhinə vaksinləmə üçün 5,7 milyard dollar tələb olunacaq. Prosesə inyeksiya materiallarının və peyvəndin çatdırılması əlavə olunarsa, həmin məbləğin 15-20 faiz artacağı bildirilir. Bunun üçün yalnız səhiyyə sahəsində təlim keçmiş mütəxəssislər deyil, həm də zəncirvari təchizat, müvafiq logistika və əhalinin səfərbərliyi tələb olunur. Qitədəki əhalinin 60 faizini kollektiv immunitetlə təmin etmək üçün hər adama iki doza olmaqla 1,5 milyard dozalıq vaksin tələb olunur. Afrikada vaksinləmə 2021-ci ilin ikinci rübündən gec olmayaraq başlaya bilər.

ÜST-nin regional ofisinin statistikasına görə, noyabrın 30-da Afrikada yoluxmaların sayı 2,16 milyon nəfəri ötüb, ölüm hallarının sayı isə 51,7 minə çatıb.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed