Şrift:
XİN: Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü noyabrın sonunda Türkiyədə keçiriləcək
20.11.2012 [09:40] - Gündəm, Siyasət
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi noyabrın sonlarında Türkiyədə görüşəcəklər.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi məlum deyil, hazırda bununla bağlı dəqiqləşdirmə işləri aparılır. Elman Abdullayev bildirib ki, bu, ənənəvi xarakter almış görüş olacaq. Bundan əvvəlki görüş Naxçıvanda, daha əvvəl isə Urmiya şəhərində keçirilib. Nazirlik sözçüsü həmçinin qeyd edib ki, səfərin məqsədi ikitərəfli, regional formatda əməkdaşlıq məsələlərinin müzakirə etməkdir: “Regionda böyük problem yaradan Azərbaycan-Ermənistan münasibətləri də görüş zamanı müzakirə ediləcək”.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, regional əməkdaşlığın inkişafı baxımından bu görüş çox əhəmiyyətlidir
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed