Şrift:
Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir
04.12.2020 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Behruz Məhdəvi “Təbriz Bidar” verdiyi açıqlamada deyib ki, "yeni məsul işçilərlə yaxşı davranmadığı üçün zavodda gərginliyin yaranmasına səbəb olub."



"Yeni məsul ilə görüş zamanı ona işçilərdən heç birini işdən çıxarmağa hüququ olmadığını bildirdik. Ondan sadəcə yeni idarə heyəti seçilənə kimi işlərə nəzarət etməsini istədik."



Məhdəvi, "poladəritmə fabrikindəki işçilərin problemləri , narahatlıqlarını və yeni rəhbərin işləklərini mərkəzə əks etdirdik" dedi.



Bir neçə gün əvvəl, Təbriz Maşınqayırma zavodunun poladəritmə bölməsinin yeni rəhbəri "Fərhad Təqvaməneş"in təqdimatı ərəfəsində işçilər işlərini dayandıraraq oturaq aksiyaya başladılar.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed