04.12.2020 [15:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Çavuşoğlu Qərb ölkələrinin qarşısında mükəmməl duruş sərgilədi
İstər NATO-da, istərsə də digər beynəlxalq təşkilatlarda Ankara ilə sərt tonda danışa bilməzlər
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo, o cümlədən Fransa və Yunanıstan xarici işlər nazirləri bölgədəki vəziyyətlə bağlı müzakirələrdə Türkiyəyə qarşı ittihamlar səsləndirib. Onlar Ankaranı Aralıq dənizindəki müttəfiqləri ilə gərginliyi artırmaqda, Rusiyadan havadan müdafiə sistemi almaqda və Qarabağ məsələsinə müdaxilə etməkdə günahlandırıblar. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə Ankaranı suçlayanlara sərt reaksiya verib. Çavuşoğlu bildirib ki, qərəzli Qərb ölkələrinin daim obyektiv mövqe sərgiləyən və ədalət prinsipindən çıxış edən bir dövləti ittiham etməsi absurddur: “Avropalı müttəfiqlərə zəng edib Türkiyə əleyhinə cəbhə yaradırsınız. Regional münaqişələrdə kor-koranə Yunanıstanın tərəfini tutursunuz və Türkiyəyə hava hücumundan müdafiə sistemlərini satmaqdan imtina edirsiniz. Üstəlik, Suriyadakı terrorçu qruplaşmaları dəstəkləyirsiniz”.
XİN başçısı bildirib ki, havadan müdafiə sistemi mövzusunda müttəfiqləri Türkiyəyə dəstək vermədikləri üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb: “Tramp belə bu məsələdə Türkiyəyə haqq verdi. O cümlədən Qarabağ məsələsində bitərəf ola bilmədiniz”. Məlumat üçün deyək ki, iclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib.
Türkiyənin haqlı mövqeyi ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, qardaş ölkəyə münasibət kifayət qədər qərəzli olsa da, Qərb ölkələri güclü Türkiyəyə təzyiq göstərməyə və daha sərt ittiham etməyə qorxurlar. Partiya rəhbəri xatırladıb ki, uzun müddət Türkiyəni sıxışdırırdılar, F-35 qırıcılarını vermədilər. Türkiyə çoxdan bölgə gücü olmaqdan çıxıb, dünya gücünə çevrilib:
“Qardaş ölkə “TF-X” adlı beşinci nəsil təyyarələrin İngiltərə ilə birlikdə istehsalına başlayacaq.
Bundan əlavə, “hava-hava”, “hava-dəniz” və “quru-dəniz” tipli raketlər emal edəcək. Kütləvi şəkildə ballistik raketlər istehsal olunacaq. 120 milyon dollara başa gələn nəhəng PUA-lar hazırlanır ki, bunlar eyni vaxtda 5-6 qırıcı təyyarə ilə döyüşə biləcək. Həm də bu texnikaları radar sistemi tuta bilmir. Yəni Türkiyə getdikcə öz hərbi qüdrətini artırır. Qüdrətlənmiş bir ölkəyə qarşı isə hər zaman qərəz olub. Çalışırlar ki, Türkiyəni öz çətirləri altına alsınlar, amma qardaş ölkə buna razı olmur”.
F.Quliyev vurğulayıb ki, Azərbaycana münasibət oxşar olduğu üçün Türkiyə üzərindən bizə hücum edirlər:
“Ancaq hər zaman olduğu kimi Türkiyə təmsilçisi Mövlud Çavuşoğlu bu dəfə də Qərb nümayəndələrinin layiqli cavabını verdi, onları susdurdu. Türkiyə hər məqamda Azərbaycanı müdafiə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın dili ilə desək, “Azərbaycan və Türkiyə gələcəyini ortaq müəyyənləşdirir”. Türkiyəyə olan hücum bizə, bizə edilən hücum isə qardaş ölkəyə edilmiş kimidir.
Azərbaycan və Türkiyənin birliyi nəticəsində Turan bloku yaranacaq. Mən bunu hələ 1998-ci ildə “Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabımda yazmışam. Bütün təzyiqlərə rəğmən, Türkiyə inkişaf edəcək. Biz də bütün mənalarda Türkiyənin yanındayıq”.
Partiya sədri qeyd edib ki, ümumən, Türkiyəyə qarşı çox ədalətsiz davranırlar:
“Suriyadan və başqa yerlərdən gələn 3 milyondan artıq qaçqını məhz Türkiyə öz ərazisində yerləşdirdi, onları zəruri ehtiyaclarla təmin etdi, bütün vəsaiti özü ödədi.
Avropa Birliyi bir neçə milyard dollar yardım göstərəcəyini vəd etsə də, qəpik-quruşdan başqa heç nə vermədi. Halbuki, Türkiyə qapıları açsaydı, Avropa ölkələrinə qaçqın axını olacaqdı.
Türkiyənin Aralıq dənizi siyasəti, özünü karbohidrogenlərlə təmin etməsi, Kıbrısa sahib çıxması Qərb ölkələrini qıcıqlandırır. Amma Ərdoğanın dediyi kimi, “dünya beşdən böyükdür”.
Türkiyəyə digər Avropa dövlətlərinin dəstək verməsi də göstərir ki, artıq hər kəs qardaş ölkənin gücünü, qiymətini bilir və onunla hesablaşır. Türkiyə tam müstəqil siyasət yürüdür”.

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |