Şrift:
Azərbaycanlı və erməni mütəxəssislər bir arada
20.11.2012 [09:49] - Xəbərlər, Gündəm
Almaniyada Qarabağ konfransı keçiriləcək

Almaniyada fəaliyyət göstərən Sülh və Münaqişələrin Tədqiqatı Fondunun təşkilatçılığı ilə noyabrın 23-də Qarabağ münaqişəsinin həllinə dair konfrans keçiriləcək. 27 noyabra qədər davam edəcək konfrans Akademik Mübadilə Alman Mərkəzinin sponsorluğu ilə təşkil olunacaq.

Erməni mətbuatının fonda istinadən verdiyi xəbərə görə, tədbirdə 40-a yaxın siyasət və elm xadiminin iştirakı gözlənilir. Müzakirəyə təqdim ediləcək əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin rolu olacaq.

Konfransda münaqişənin həllinə dair almaniyalı mütəxəssislər tərəfindən hazırlanan məruzə təqdim ediləcək. Daha sonra məruzə ətrafında Azərbaycan və Ermənistandan olan mütəxəssislərin çıxışları gözlənilir. Həmçinin iki ölkənin hökumət və parlament təmsilçiləri münaqişənin tənzimlənməsinə dair fikir mübadiləsi aparacaqlar.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed