07.12.2020 [10:17] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Niderlandın nüfuzlu musiqi agentliyi TACT ilə müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən 2020-ci ilin dekabrından başlayaraq azərbaycanlı dirijorun bütün dünya üzrə konsertlərinin, orkestrlərlə çıxışlarının və səhnə fəaliyyətinin təşkilatına eksklüziv olaraq Niderland agentliyi nəzarət edəcəkdir.
Son illərdə TACT agentliyi dünyanın məşhur opera müğənniləri, dirijorları və rejissorları ilə yaradıcı əlaqələri və böyük layihələri gerçəkləşdirməyə nail olub.
Qeyd edək ki, Azərbaycanın tanınmış müğənniləri, Xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov və Əvəz Abdulla TACT agentliyi ilə əməkdaşlıq edirlər.

Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |