Şrift:
Dövlət İmtahan Mərkəzi ilin sonuncu SAT imtahanlarını keçirib
07.12.2020 [10:36] - Xəbərlər, Bildiriş
Dövlət İmtahan Mərkəzinin (DİM) Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyena qaydalarına uyğun və hər imtahan otağında sosial məsafə gözlənilməklə 72 imtahan iştirakçısı üçün SAT imtahanları təşkil olunub.

DİM-dən bildirilib ki, imtahanlarda ümumilikdə 72 nəfər iştirak edib (67 nəfər SAT, 1 nəfər SAT esse, 4 nəfər isə SAT Subject olmaqla). 3 nəfər imtahanda iştirak etməyib. İmtahan müddətində xidmət üzrə keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanın keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyena qaydalara riayət olunub.

Növbəti SAT imtahanlarının 2021-ci il martın 13-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed