Şrift:
“Azərbaycan kəlağayı sənəti” adlı informasiya məktubu hazırlanıb
07.12.2020 [10:56] - Gündəm, Mədəniyyət
Azərbaycanın inciləri haqqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan informasiya məktubları hazırlayaraq virtual oxucularla paylaşmağa başlayıb.

İnformasiya xarakterli növbəti məktub mədəni irsimizin digər nümunəsi olan kəlağayı haqqındadır.

İnformasiya məktubunda milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlayan, bər-bəzək və naxışla zinətləndirilən kəlağayının ixracı, istehsalı, naxışları, tarixi və Basqal kəlağayısı haqqında məlumatlar yerləşdirilib.

Qeyd edilən məlumatları “Azərbaycan kəlağayı sənəti”, “Basqal kəlağayısı haqqında” başlıqları altında oxumaq mümkündür.

Qeyd edək ki, Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə daxil edilib.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed