Şrift:
Türkiyə NATO-ya müraciət edəcək
20.11.2012 [10:03] - Gündəm, Hərb
Türkiyə Suriya ilə sərhəddə yaranmış gərginliyin eskalasiyası ilə əlaqədar "Patriot" tipli raketlərin yerləşdirilməsi üçün NATO-ya müraciət etmək barədə yekun qərar qəbul edib.

Məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindəki mənbə "CNN Turk" telekanalına bildirib.

Mənbənin sözlərinə görə, Türkiyə artıq bu gün bu xahişlə NATO-ya müraciət edəcək. Lakin hələ "Patriot" raketlərini hansı ölkənin - Almaniyanın, yoxsa Niderlandın tədarük edəcəyi məlum deyil.

Bundan əvvəl verilən məlumata görə, Almaniya və Niderland NATO üzrə müttəfiqləri olan Türkiyəni bu raket kompleksləri ilə təchiz etməyə hazırdır. Avropada yalnız bu iki ölkə ABŞ-ın "Patriot" raketlərinə malikdir. Hələ ötən həftə Almaniya və Niderland ilə Türkiyə arasında bu raketlərin alınması üzrə danışıqlar başlayıb.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed