07.12.2020 [13:40] - Gündəm, İdman
Qubadlı rayonunun İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin XI sinif şagirdi Əli Şükürlü Peruda keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında dünya kuboku üzrə yarışlarda 3 medal qazanıb.
Kubok uğrunda mübarizəyə 61 ölkədən 399 idmançı qatılıb. Azərbaycan yığma komandasının üzvü Əli Şükürlü 102 kiloqram çəki dərəcəsində böyük nailiyyətə imza atıb. Belə ki, birdənqaldırma hərəkətində 145 kiloqramı ram edərək qızıl, təkanla qaldırma hərəkətində 165 kiloqramı başı üzərinə qaldırmaqla gümüş, toplamda isə 310 kiloqram nəticə ilə dünya kubokunun yekun sıralamasında gümüş medala sahib çıxıb.
Əli Şükürlü yarışla bağlı təəssüratlarını bölüşərkən Vətən müharibəsi başlanandan özünü borclu hiss etdiyini deyərək qeyd edib: "Cəbhədəki qələbəmizdən sonra bu, əlavə bir sevinc oldu. Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü bərpa etdik. Mən də bu uğurumu Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hisləri yaşatdı. Mən də bir idmançı kimi bu qələbəyə öz töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".

Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |