07.12.2020 [13:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan xəbərə əsasən, bu ilin yayında “hərbi müstəşar” adı ilə İraqa ezam edilən Əbdülrəsul Ostevar Mahmudi bu ölkədə “Covid-19”a yoluxduqdan sonra sentyabr ayının sonlarında ölkəyə qayıdaraq, həkimlərin nəzarətində müalicəsini davam etdirirdi.
Bildirilir ki, iki aydan çox Tehranın “Bəqiyyətullah” xəstəxanasının reanimasiya şöbəsində saxlanılan və son həftələrdə səhhəti pisləşərək komaya düşən “Sepah” komandiri, dekabrın 6-da müalicə aldığı həmin xəstəxanada keçinib.
“Sepah”ın “Qüds” biriqadasının ötən il İraqda öldürülmüş keçmiş komandanı Qasım Süleymaninin yaxın həmkarlarından olduğu bildirilən Əbdülrəsul Ostevar Mahmudinin koronavirusa konkret necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.

Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |