Şrift:
İran parlamenti yenə Urmu Gölünün qətlinə fərman verdi
20.11.2012 [10:08] - Güney Azərbaycan xəbərləri
Urmu Gölü böhranını İran hökumətinin gündəminə gətirmək heç bir şəkildə mümkün olmur.
Dünən İran parlamenti növbəti dəfə su hövzələri və göllərini xilasetməsi üçün nəzərdə tutulan iki təcili planı rədd edib. Layihə 93 müvafiq, 76 müxalif və 27 bitərəf səslə rədd edilib.
Layihə Urmunun millət vəkili Nadir Qazipurun təşəbbüsü ilə müzakirəyə çıxarılıb. Qazipur parlamendtə bildirib ki, biz acaba gözləməliyik ki, göllərlə bağlı hansısa faciə baş versin və sonra nəsə edək?!
Urmulu millət vəkili irəli sürdüyü layihəni bacardığı qədər müdafiə etsədə, parlament buna məhəl qoymayıb.
Qeyd edək ki, parlament 2011-ci ildə də oxşar qərar verərək Urmu Gölünü qurumaqdan qurtarılmasına şərait yaratmadı və həmin qərara qarşı Təbriz və Urmu şəhərlərində etiraz aksiyaları keçirildi. Dinc aksiyalar polisin zorakılığına məruz qaldı və çoxsaylı soydaşımız tutuqlandı.
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed