08.12.2020 [11:11] - Gündəm, Sosial
Misirin “Aldiplomasy” informasiya portalı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və bu qurumun büro üzvü - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə “Rəqəmsal xəbər istehsalı bacarıqları” mövzusunda keçiriləcək vebinar haqqında xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, son illər UNA, habelə İslam ölkələrinin xəbər agentlikləri ilə sıx əməkdaşlıq edən mövzu üzrə treninq keçirəcəklər.
UNA-nın baş direktoru Abdulla bin Əhməd əl-Qərni bildirib ki, beynəlxalq media ekspertləri qrupunun ideya müəllifi olduğu bu vebinarların keçirilməsindən məqsəd innovativ audio-vizual kontent yaradılması üsullarının rəqəmsal xəbər istehsalı bacarıqları vasitəsilə təkmilləşdirilməsidir. O əlavə edib ki, bu silsilədən ilk vebinar AZƏRTAC ilə keçiriləcək.
Əl-Qərni onu da qeyd edib ki, vebinarların keçirilməsi haqqında qərar Səudiyyə Ərəbistanı informasiya nazirinin himayəsi ilə 2020-ci il mayın 16-da UNA-nın Birinci Virtual Media Forumunda qəbul edilib.

Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |