Şrift:
Qarabağın musiqi tarixinə həsr olunan respublika müsabiqəsi davam edir
08.12.2020 [11:14] - Gündəm, Mədəniyyət
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir.

Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, onun dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qədim və müasir el havalarının öyrənilməsi və qorunması və bu işlərin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə 18-20 yaşarası gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak etmək və həmin nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

Yarışmaya qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlamaq olar.

Qaliblər 2021-ci ilin mart ayında elan olunacaq. Onlar diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed