Şrift:
Rəsmi Pekin Türkiyədən Çinə ilk ixrac yük qatarının gəlməsini alqışlayır
08.12.2020 [11:54] - Gündəm, İqtisadiyyat
Biz Türkiyədən Çinə ixrac edilən malları daşıyan ilk yük qatarının gəlişini səmimiyyətlə salamlayırıq.

Bu açıqlama ilə Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunin Türkiyədən Çinə ilk ixrac qatarının yola düşməsini şərh edərkən deyib. O, İstanbuldan yola düşən qatarın COVID-19 pandemiyası şəraitində regional əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Rəsmi Pekinin bütün dövlətlərin Çinin iqtisadi imkanlarından yararlanmasını və Çinlə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək niyyətlərini alqışladığını deyən H.Çunin əlavə edib ki, pandemiyaya baxmayaraq son vaxtlar Çindən Avropa istiqamətində hərəkət edən yük qatarlarının sayı artıb. Bu marşrut üzrə əks istiqamətdə də qatarların çoxalması şübhəsiz ki, marşrutboyu ölkələrin iqtisadi yüksəlişinə, nəqliyyat, ticarət və mədəni əlaqələrinin möhkəmlənməsinə və bu ölkələrin əhalisinə daha yaxşı xidmət göstərməsinə kömək edəcək.

Qeyd edək ki, dekabrın 4-də İstanbuldan yola çıxan ilk yük qatarı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də daxil olmaqla Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizi vasitəsilə Çinə çatacaq. Ümumilikdə 8693 kilometr yol gedəcək qatarın 2 qitə, 2 dəniz və 5 ölkədən keçərək 12 günə Çinin Sian şəhərinə çatması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed