08.12.2020 [15:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“30 ildən sonra torpaqlarını mənfur düşmənin işğalından azad edən Azərbaycan öz qətiyyətli siyasəti ilə regionda yeni reallıqlar yaradıb. Ağdam, Kəlbəcər və Laçın rayonlarının da qaytarılması ilə artıq işğal faktı aradan qaldırılıb”.
Bu fikri “Yeni Azərbaycan”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Partiya sədrinin sözlərinə görə, bu yeni reallıqları Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yaradıb: “Eyni zamanda, işğalçı Ermənistanın məğlubiyyətdən doğan yeni böhtan kampaniyalarının şahidi ola bilərik. Buna görə də cəmiyyətdə arxayınlıq yaranmasına imkan verməməliyik. Hər bir vətəndaş əsgər kimi davranmalıdır. Ona görə ki, Vətən savaşı davam edir. Bu 44 gün ərzindəki fəaliyyəti ilə Ali Baş Komandan sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Hesab edirəm ki, xalqına arxalanan, vətənpərvər mövqedən çıxış edən Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyət sayəsində diplomatik uğurlarımız bundan sonra da davam edəcək. Əldə etdiyimiz milli birliyi qoruyub saxlasaq, heç bir düşmən mövqeyimizi zəiflədə bilməz”, - deyə F.Quliyev vurğulayıb.

Q.ZİYƏDDİNOĞLU
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |