Şrift:
Neftçalada ilin 11 ayı ərzində ötən ildəkindən 6,5 faiz çox ət istehsal olunub
09.12.2020 [10:47] - Gündəm, İqtisadiyyat
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçulçuq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 44 min 249 baş mal-qara və 146 min 281 baş qoyun-keçi saxlanılır.

Bu il bir dekabr tarixə kimi rayonda 11 min 998.8 ton mal əti (diri çəkidə), 29 min 170.5 ton süd, 7 min 854.1 ton quş əti, 18 milyon 448 min ədəd yumurta, 290.5 ton isə yun istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 6.5, süd istehsalı 0.1, yumurta istesalı 7.3, quş əti istehsalı isə 9.9 faiz çox olub.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed