09.12.2020 [10:50] - Gündəm, İqtisadiyyat
Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon statistika idarəsindən bildiriblər ki, bu ilin yanvar-noyabr aylarında rayonda diri çəkidə 4479,5 ton ət, 35 min 422,5 ton süd, 203,3 ton yun istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2,1 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2020-ci ilin on bir ayında 3611 baş inək və düyə süni yolla mayalandırılıb, 2191 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.
Hazırda mal-qaranın yem bazasının yaxşılaşdırılması üçün biçin aparılmış taxıl sahələrində yem bitkilərinin təkrar əkinləri aparılmaqdadır.

Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |