10.12.2020 [10:45] - Xəbərlər, Hərb
Vətən müharibəsində iştirak edən şəhid kəşfiyyatçılarımızdan biri də Rusif Quliyevdir. O, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib. Vətənin azadlığı uğrunda canından keçən şəhidimizin bir il bundan qabaq həyat yoldaşı vəfat edib. İli tamam olmamış özü şəhidlik zirvəsinə çatır. Özündən geriyə isə bir qız övladı qalıb.
1989-cu ildə Ağstafa rayonunun Yenigün kəndində anadan olan Rusif Quliyev orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurub evə döndükdən sonra qərara gəlir ki, hərbçi olsun. Ailə onun bu qərarına hörmətlə yanaşır və Rusif müddətdən artıq həqiqi hərbi xidmətə başlayır. Səkkiz il hərbçi ömrü yaşayan Rusif Tovuzda bu ilin iyul döyüşlərində də iştirak edib. “Döyüş yoldaşları deyirdilər ki, ancaq irəli getmək istəyirdi. Onu saxlamaq mümkün deyildi. Kəşfiyyatçı olmağı da bəlkə o torpaqlara ayağını ilk basmaq istəyənlərdən olmaq arzusundan irəli gəlirdi. Sonuncu döyüşdən əvvəl, noyabrın 2-də evə gəlmişdi. Qızı ilə görüşdü, şəkil çəkdirdi. Sonra mənə dedi ki, biz Şuşaya gedirik, bu gecə çıxmalıyıq. Gecə saat 3-də getdi. Telefonunu da evdə qoydu. Ondan sonra əlaqəmiz olmadı. İki gündən sonra şəhid olması xəbəri gəldi”, - qardaşı Rasim Quliyev deyib.
Anası Təranə Quliyeva bildirib ki, Rusif şəkil çəkdirməyi heç xoşlamazdı. Amma sonuncu dəfə evə gələndə yorğun olmasına baxmayaraq, qızı ilə şəkil çəkdirdi: “Bizə bu yaxınlarda oğlumun döyüş yoldaşları gəlmişdi. Dedilər, ana, demə ki, Rusif təkcə sizin oğlunuzdur. Özü yaralı olmasına baxmayaraq, çoxlu yaralını döyüş meydanından çıxarıb. Oğlum döyüşdə olan vaxtları mən televizorda hər gün xəbərləri izləyirdim. Qələbə xəbərlərini eşidib sevinirdim. Özünün ilk döyüşü Murovun alınmasında olub. Onda zəng eləyib məni də təbrik eləmişdi. Çox şücaətli, qorxmaz idi. Canından qorxan deyildi. Həmişə deyirdi ki, neçə illərdi torpaqlarımız işğaldadır, ancaq müharibə yolu ilə geri alınmalıdı”.
31 yaşlı Rusif Quliyevi yaşadığı Ağstafa rayonunun Yenigün kəndində hər kəs onu vətənpərvər, elinə-obasına bağlı bir gənc kimi tanıyıb. Evin son beşiyi olsa da, onu ailənin böyüyü sanıb bacı qardaşı... “Danışmağı çox xoşlamırdı, amma çox qayğıkeş idi. Əslində o, bizdən balaca idi. Amma biz ona “ata” deyirdik. Hər dəfə onunla telefonda danışanda rayonlarımızın, kəndlərimizin alınması münasibətilə biz onu, o da bizi təbrik edirdi. Qardaşım haqqında nə desəm azdı. Fəxr edirəm ki, qəhrəman, şəhid bacısıyam”, - bacısı Rəsmiyyə Quliyeva deyib.
Şəhidimizin vətənə əmanət qalan bir yaş üç aylıq körpəsi isə hələ heç nəyi anlamır. Atasız, anasız qalsa da, indi o, şəhid balasıdır. O, hər kəs üçün əziz əmanətdir, şəhid əmanəti... Böyüyəndə isə o, atası Rusiflə fəxr edəcək.
Küçədə sakinlər şəhid Rusifin və kəndin digər şəhidlərinin xatirəsinə “bulaq kompleksi” inşa edirlər

Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |