10.12.2020 [11:09] - Gündəm, Bildiriş
Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq uşaq rəsm müsabiqəsi keçirilir. Müsabiqə dekabrın 29-dək davam edəcək.
Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə Vətənə, torpağa məhəbbət hissini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Eyni zamanda, müəllimlər müsabiqəyə qatıla bilərlər. İştirakçılar qeyd olunan şərtləri nəzərə almalıdırlar:
- Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir;
- Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər; - Rəsmlər maksimum A2 formatda olmalıdır;
- Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş, flomaster, pastel tabaşir, tuş və s.);
- Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır;
- Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır;
- Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin (ugim-3@mk.edu.az) elektron ünvanına göndərilməlidir.
Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Facebook” və “Instagram” səhifəsində təqdim olunur. Müsabiqə 3 mərhələdə keçiriləcək:
I mərhələ – 18 noyabr-15 dekabr 2020-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu;
II mərhələ – 15-23 dekabr, rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi;
III mərhələ - 24-29 dekabr, müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Facebook” və “Instagram” səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi.
Rəsmlər mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı “Qran-Pri” mükafatına layiq görüləcək.
Əlavə suallar olacağı təqdirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Facebook” və “Instagram” səhifələrinə müraciət etmək və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yaratmaq lazımdır.

Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |