20.11.2012 [12:17] - Xəbərlər, Hadisə
Dağıstan meşələrində minlərlə rus hərbi texnikası cəmləşib
Dağıstanlı vəkil Qazımaqomed Xiriyev: “Bir neçə gün əvvəl dağlara getmişdim, qarşıma 2 kilometrdən çox uzanan hərbi kolon çıxdı, heç kim bu qədər qüvvənin niyə cəmləşdirildiyini izah etmir...”
Rusiyanın Azərbaycanın şimal sərhədlərinə yeni qoşun birləşmələri cəmləşdirdiyi məlum olub. “Kavkazskaya politika” saytının yazdığına görə, bugünlərdə elan edilib ki, Çeçenistan ərazisində fəaliyyət göstərən 28 hərbi-nəzarət postundan 17-si Dağıstana köçürüləcək. Bu yerdəyişmənin təşəbbüsçüsü Çeçenistan prezidenti Ramzan Kadırovdur, o, Moskva qarşısında belə məsələ qaldırıb ki, Çeçenistanda artıq sabitlik hökm sürür və hərbi postların fəaliyyətinə ehtiyac yoxdur. Saytın yazdığına görə, neçə vaxtdır Rusiyanın Dağıstana böyük sayda hərbi qüvvə cəmləşdirməsi ilə bağlı yerli əhali arasında narahatlıq hökm sürür.
Federal və yerli strukturların rəsmiləri isə Dağıstana on minlərlə hərbçidən, minlərlə tank və digər hərbi texnikadan ibarət birləşmələrin niyə cəmləşdirildiyini izah edə bilmirlər. Belə ki, Dağıstan meşələrində radikal qruplaşmaların tərkibində fəaliyyət göstərən yaraqlıların sayı bir neçə yüz nəfərdən çox deyil və onlara qarşı əməliyyat keçirmək üçün yüzlərlə ağır zirehli texnikanın, raket qurğularının və elitar desant qüvvələrinin bölgəyə yeridilməsinə ehtiyac yoxdur. Digər tərəfdən, Rusiya rəsmiləri israrla bildirirlər ki, Dağıstanda yaraqlılara qarşı əməliyyatları OMON-çular və Federal Təhlükəsizlik Xidmətinin xüsusi antiterror bölmələri, habelə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları davam etdirəcək.
Xatırladaq ki, “Yeni Müsavat” bu ilin yayından başlayaraq Rusiyanın Dağıstana, Azərbaycan sərhədləri yaxınlığında böyük sayda hərbi qüvvə cəmləşdirməyə başladığı barədə xəbərləri yayıb. Rusiya KİV-lərində ayrı-ayrı vaxtlarda dərc olunmuş xəbərlərə, habelə Şimali Qafqazdakı saytlara görə ağır zirehli texnikadan və on minlərlə hərbçidən ibarət qruplaşmalar Dağıstanın Azərbaycanla həmsərhəd Botlix rayonunda, meşə massivlərində yerləşdirilib. Bu qüvvələrin bir hissəsi Rusiyanın digər regionlarından gətirilib, bir hissəsi isə qonşu Çeçenistandan çıxarılan qüvvələrdir. Rusiyanın regional informasiya agentliklərinin yaydıqları xəbərə görə, sentyabrın əvvəllərində Novorossiyskdən Dağıstanın Azərbaycan və Gürcüstanla sərhəd cənub rayonlarına təcili qaydada 7-ci qvardiya desant-hücum diviziyası da yeridilib. Diviziyanın şəxsi heyəti 6 min nəfərdən çoxdur. Bildirilir ki, sovet dövründə həmin diviziyanın şəxsi heyəti Macarıstan üsyanını yatıran əsas qüvvə olub. Diviziya həmçinin 1990-cı ilin 20 Yanvarında Bakıya yeridilib və qanlı qırğınlar törədib. SSRİ-nin dağılmasından sonra diviziya Çeçenistandakı müharibələrdə iştirak edib. Rusiya Hava Desant Qüvvələrinin komandanlığı bu iri hərbi birləşmənin təcili qaydada Dağıstanın cənub rayonlarına yeridilməsinin səbəbləri barədə şərh verməyib.
Dağıstanlı vəkil Qazımaqomed Xiriyev “Kavpolit.ru” saytına Dağıstana iri qoşun birləşmələrinin yığılması ilə bağlı bunları deyir: “Mənə elə gəlir ki, hazırda Moskvada ”yastreblər" hökmranlıq edir, onlar regionda yeni müharibə qızışdırmaq istəyirlər. Bugünlərdə mən dağlara getmişdim. Yolda qarşıma uzunluğu 2 kilometrdən çox olan hərbi kolon çıxdı. Bu qədər qüvvə nəyə lazımdır? Bu suala heç cür cavab tapmaq mümkün deyil, ona görə də ictimaiyyətdə panika əhval-ruhiyyəsi artır, yeni müharibə barədə şayiələr gəzir". Digər dağıstanlı vəkil Abdurəşid Maqomedov isə hesab edir ki, Dağıstana bu qədər qüvvənin cəmləşdirilməsi bir sıra obyektiv amillərlə bağlı ola bilər: “Dağıstan strateji əhəmiyyətli regiondur. Xarici dövlətlərlə sərhədi var. ”Ərəb baharı", İran ətrafında gərginlik, Gürcüstan və Azərbaycandakı situasiya. Bütün bunlara adekvat reaksiya vermək lazımdır". Sayt qeyd edir ki, hazırda Dağıstanda cəmləşdirilən rus qoşunlarının sayı on minlərlədir. Belə ki, Mahaçqalada daxili qoşunların 102-ci briqadası, Buynakskda 136-cı motoatıcı briqada, Kaspiyskdə dəniz piyadalarının 77-ci qvardiya briqadası dislokasiya olunub. Həmin hərbi bazaların hər birində 10 minə yaxın hərbçi var. Son aylarda gətirilən əlavə qüvvələr də hesaba alınarsa hazırda Dağıstandakı rus qoşunlarının sayı 60 mini keçir.
Qeyd edək ki, Rusiyanın Azərbaycanın şimal sərhədlərinə qoşun cəmləşdirməsi Bakıda narahatlıqla izlənilir. Belə ki, müəmmalı qoşun cəmləşdirmə prosesi Rusiyadan Azərbaycan iqtidarına qarşı təzyiqlərin artması ilə eyni vaxtda baş verir. Xəbər verildiyi kimi, “Sadval” separatçı hərəkatı bu yaxınlarda fəaliyyətini bərpa edib, Moskvada “Milyarderlər ittifaqı” adı alan, bir çox nüfuzlu azərbaycanlı oliqarxların yer aldığı təşkilat da həmin ərəfələrdə yaranıb. Rusiyanın Bakıdakı səfiri ölkənin şimal bölgəsinə səfər edərək qapalı görüşlər keçirib.
Siyasət şöbəsi

Bu xəbər oxucular tərəfindən 1422 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |