Şrift:
Ani Ödənişlər Sisteminə 2 bank və “Azərpoçt” MMC inteqrasiya olunub
15.12.2020 [11:24] - Gündəm, İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sisteminə (AÖS) “Yelo Bank” ASC, “ACCESS Bank” QSB və “Azərpoçt” MMC inteqrasiya olunub.

AMB-dən bildirilib ki, qeyd olunan bu qurumların müştəriləri də digər iştirakçıların müştəriləri olan fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanından istifadə etmək imkanı əldə ediblər. Hazırda 17 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, AÖS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed