Şrift:
Yusif Kari Ərdəbil həbsxanasının 1-ci şöbəsinə köçürülüb
15.12.2020 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ehtimal edilir ki, milli fəalın köçürülməsinin səbəbi onun sağlamlıq vəziyyəti, şübhəli simptomların müşahidə olunması və bunu ailəsi ilə telefon danışıqlarında bildirməsidir.



Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.



Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.



Qeyd etmək lazimdir ki, məhkumluq müddəti 5 ildən az olan siyasi məhbusların azad edilməsi haqqında haqqında məhkəmə sisteminin rəisinin təlimatının olmasına baxmayaraq Yusif kari azadlığa buraxılmır
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed