17.12.2020 [11:44] - Gündəm, Sosial
Qələbəmizin qəhrəmanlarına, onların ailə üzvlərinə dəstək tədbirləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Hüseyn Atakişiyevin ailəsinin vəziyyəti ilə tanış olarkən atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, o, öz istəyinə uyğun olaraq, həmin gün özünüməşğulluq proqramına növbədənkənar cəlb edilib. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar - bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s. verilib.
Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün ödənişli ictimai işlərə cəlb edilib.
Yaxın günlərdə Hüseynin əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.
Bakının Suraxanı rayonunda yaşayan ailənin ehtiyacları bundan sonra da diqqətdə saxlanılacaq.

Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |