17.12.2020 [12:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, bu gün dövlət tərəfindən ölkədə fəaliyyət göstərən 5 siyasi partiya dövlət tərəfindən qərargahla təmin edilib.
Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
Bu, siyasi partiyalara dövlət dəstəyinin bariz göstəricisidir və ölkədə yeni siyasi konfiqurasiyanın yaranması deməkdir. İqtidarla-müxalifət arasında son bir ildə yaranan normal münasibətlərin səbəbi ilə ötən ilin noyabr ayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və şöbənin müdiri Ədalət Vəliyevin müxalifət rəhbərləri ilə qurduğu təmaslardır.
Məhz Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə yaradıldıqdan sonra ölkənin ictimai-siyasi həyatında ciddi aktivləşmə müşahidə olundu. İqtidar-müxalifət təmasları, problemlərin həllinə istiqamətlənən addımlar və digər hallar ölkədə bir siyasi barışıq abu-havası yaratdı. Müxalifət bu günə qədər ən çox qərargahlarının olmamasından şikayətlənirdi ki, artıq bu məsələnin də həlli istiqamətində əməli addımlar atıldı.
Qərargah verilən partiyalardan biri olan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev son proseslərlə bağlı Cebhe.info-ya danışıb. F.Quliyev bildirib ki, Ədalət Vəliyev qısa müddətdə çox böyük işlər görüb:
“Bir il əvvəl Prezident tərəfindən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu, bir il müddət çox da böyük rəqəm deyil. Amma bu bir il müddətindən Ədalət Vəliyev çox ciddi işləyə bilib. Xüsusilə müharibənin aktiv fazaya keçməsi dönəmində 43-dən artıq siyasi partiya ilə, o cümlədən bizimlə görüş keçirilib və bir çox məsələlər müzakirə olunub. Bu, cəmiyyətdə konsaldiyasiyanın çox mühim bir hissəsi idi. Hesab edirəm ki, müharibə dönəmində siyasi partiyaların birmənalı şəkildə Prezidentə dəstək verməsi və ortaq mövqedən çıxış etməsində bu görüşlərin çox mühüm rolu oldu. Əlbəttə, bütün hallarda Azərbaycan cəmiyyətinin bütün seqmentləri, kənarda olan diaspor bu məsələdə “əlini daşın altına qoyacaqdı”. Amma sistemli şəkildə bəyanatların verilməsi, xarici ölkələrə bir çox məsələlərin bildirilməsi, beynəlxalq təşkilatlara müraciətlərin göndərilməsi, 50 siyasi partiyanın birgə bəyanatla çıxış etməsi bu görüşlərin nəticəsi idi. Demək olar ki, Məşvərət Məclisi oldu, videokonfranslarda məsələhətləşmələr aparıldı. Yəni effektli bir vasitə oldu”.
Partiya sədri qeyd edib ki, cəmiyyətdə barış axtarılırsa, dialoq çox vacibdir:
“Dalaşmaqdan əvvəl danışmaq lazımdır. Bizim müxalifətçiliyimiz yalnız düşüncə müxalifətçiliyi olmalıdır, fərdi, qərəzli şəkildə kiminləsə mübarizə aparmaq müxalifətçilik deyil. Ona görə də 2 partiyanı çıxmaq şərti ilə hamı birgə müraciət etdi. Hesab edirəm ki, sonrakı mərhələlərdə parlamentdə komitə sədrləri, spiker müavinləri səviyyəsində müxalifətin təmsil olunması ilə bağlı irəliyə atılan addımdır. Ən ümdə məsələ isə odur ki, göndərilən müraciətlərə çox ciddi şəkildə baxılır. Şəxsən özüm ictimaiyyətə məlum olmayan, mətbuata çıxarılmayan məsələlərlə bağlı müraciət etmişəm. Söhbət hərbi məsələlərdən gedir ki, düşmən tərəfin bundan xəbəri olmasın. Bunların hamısı həll edilib, bizdən detallar istənilib. Bu isə o deməkdir ki, bütün məsələlərə baxılır. Bu, ortaq qərara gəlmək üçün təmərküzləşmənin həyata keçirilməsidir. Hesab edirəm ki, bundan sonrakı dövrdə də rayonlarda yerli şöbələrə İcra Hakimiyyəti qərargah verməlidir. Bu da çox vacib məsələdir və həm də məhsuliyyətin bölüşdürülməsidir. Yəni məhsuliyyət təkcə iqtidarın üzərinə düşmür, həm də müxalifətlə bölüşülür. Bu da gələcəkdə bələdiyyə və başqa seçkilərdə effektiv olacaq. Bu gün partiyalarda yüksək səviyyəli mütəxəssislər var. Onların hakimiyyətdə təmsil olunması, rəhbərliyə gətirilməsi vacibdir. Hesab edirəm ki, yavaş-yavaş bunlar da gerçəkləşməlidir. Bu məsələyə çox optimist baxıram”.
Fərəc Quliyev sonda əlavə edib ki, kənardan Azərbaycana müdaxilə mümkünsüzdür:
“Əgər bizi içimizdən bir-birimizə qarşı qoyarlarsa, bu, bizi fəlakətə sürükləyər. O mənada göstərilən çabalar, Ədalət Vəliyevin rəhbərliyi ilə müvafiq şöbənin gördüyü işləri çox yüksək qiymətləndirirəm. Mövcud dialoq imkanı saxlanmalı və inkişaf elətdirilməlidir”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |