17.12.2020 [12:37] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Rusiya-Ermənistan münasibətlərini yeni müstəvidə saxlamaq, yaxşılaşdırmaq üçün vertolyot amilindən istifadə edir”
Bu ilin noyabr ayının 9-da Naxçıvandan təsadüfən Ermənistan tərəfdə vurulan Rusiyanın 102-ci hərbi bazasına məxsus vertolyota Ermənistanda abidə qoyulub. Hətta ermənilər Rusiya prezidenti Vladimir Putini də abidənin açılışına dəvət ediblər. Ermənistan bununla nə demək istəyir? Heç həlak olmuş əsgərlərinə abidə qoymamış, bu vertolyot ermənilər üçün niyə belə əziz olub ki, ona abidə qoyublar?
Ekspertlər hesab edirlər ki, Ermənistanın bu addımı Rusiyaya müsbət münasibətinin göstəricisi deyil və bu ölkə bununla özünün guya humanist olduğunu göstərmək istəyir.
“Öz ölən əsgərlərinin meyitlərini belə yığışdırmayan, öz əsgərlərinə abidə qoymayan Ermənistan...”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev hesab edir ki, Ermənistanın Rusiya vertolyotuna abidə qoymasının və açılışa Putini dəvət etməsinin arxasında bu ölkənin növbəti təxribatçı, məkrli niyyətləri dayanır: “27 sentyabrdan müharibənin fəal dövrü başlayandan sonra Ermənistan bir neçə istiqamətdə öz layihələrini həyata keçirməyə çalışdı. Birinci layihələri bu idi ki, onlar 44 günlük müharibəni xristian-müsəlman savaşı kimi təqdim etmək istəyirdilər. Buna çoxlu sayda cəhd etdilər. Amma Azərbaycanı müsəlman olmayan Ukrayna, Macarıstan, Gürcüstan birmənalı şəkildə dəstəklədi, nəticədə də Ermənistanın bu layihəsi alınmadı. İkincisi, məqsədləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə qatmaq idi, əvəzlərindən bu təşkilata üzv olan dövlətlərin döyüşməyini istəyirdilər. Ancaq Rusiya prezidenti Putin dəfələrlə bildirdi ki, Azərbaycan müharibəni öz ərazisində aparır, Qarabağ da daxil olmaqla ətraf rayonlar da Azərbaycanın əraziləridir və Azərbaycanın da sərbəst müttəfiq seçmək hüququ var. Ermənistanın bu “tryuku” da keçərli olmadı. Son ana qədər Rusiya-Türkiyə qarşıdurmasını yaratmağa çalışdılar. Ermənistan bilirdi ki, Rusiya tərəfindən Azərbaycana hərbi müdaxilə olacaqdısa, Türkiyə bu işə qarışacaq. Onlar Rusiyanın münaqişəyə qatılmasını birmənalı şəkildə Rusiyanın özünə bir zərər verməklə təşkil etməyə çalışdılar.
Vertolyot qəzası süni şəkildə yaradılmış bir qəza idi. Ermənistan tərəfindən qalxan vertolyot Azərbaycana daxil olsaydı da belə, o nə zərər vura bilərdi ki, heç onun vurulmasının mənası yox idi, xəbərdarlıq edib endirilə də bilərdi. Şərti olaraq deyirlər ki, Moskvanın iki qülləsi var - Peskov və Lavrov qülləsi. Lavrov tərəf, daha çox hərbi-sənaye kompleksi ermənilərlə birgə vertolyotun vurulmasında iştirak etdilər. Vertolyot vurulandan sonra çalışdılar ki, Kreml işə qarışsın. Amma Azərbaycan tərəfindən bu məsələnin izahatı verildi və Rusiya tərəfindən də Putin bu məsələni anlayışla qarşıladı. Ermənistanın bu məkrli layihəsi də aradan qalxdı. İndi Ermənistan guya ki, Rusiya ilə münasibətləri düzəltmək, Paşinyanın Qərbə yönəlik mesajlarını, Qərbyönümlü siyasət yürütməsini, Rusiya ordusuna qarşı söylədiyi fikirləri kompensasiya etmək, Rusiya-Ermənistan münasibətlərini yeni müstəvidə saxlamaq, yaxşılaşdırmaq üçün vertolyot amilindən istifadə edir. Bu, birinci istəkləridir. Bu abidəni qoymaqla ikinci istəkləri Rusiyada bu hadisələri gerçək şəkildə bilməyən adamların “Azərbaycan tərəfi sizin vertolyotunuzu vurub” rəyini onlarda yaratmaqdır və Azərbaycanın düşmən obrazını onların təhtəlşüuruna yeritməkdir. Məqsədləri budur”.
F.Quliyevin bildirdiyinə görə, Azərbaycan tərəf də, KİV də, bu sahə ilə məşğul olan adamlar da Rusiya və Azərbaycan mətbuatında bu məsələnin izahını verməlidirlər və Ermənistanın məkrli niyyətlərini açıb göstərməlidirlər: “Bu bir informasiya savaşıdır. Ermənistan bu hərəkətləri məqsədli şəkildə edir. Öz ölən əsgərlərinin meyitlərini belə yığışdırmayan, öz əsgərlərinə abidə qoymayan Ermənistan yuxarıda sadaladığım məqsədlər naminə bu hərəkətləri edir, biz də mütləq buna adekvat cavab verməliyik”.

İradə SARIYEVA
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |