20.11.2012 [16:14] - Xəbərlər, Siyasət
"Qafqaz müxalifəti” adı altında gah Almaniya, gah Gürcüstan, gah şimal qonşumuz, gah da Qərb təşkilatlarına qulluq edirlər.
Məlumdur ki, artıq gələn ildən etibarən Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcək. Amma deysən, radikal müxalifət son bu xüsusda səbr etməyi özünə rəva bilmir. Onlar xaricdən maliyyə və siyasi dəstəklər almaq üçün də böyük can-fəşanlıq göstərirlər.
Xaricdən belə dəstək verənlərin əksəriyyəti isə hətta Azərbaycana hərtərəfli əks mövqedə duranlardır. Təbii ki, radikal müxalifətin bu istəkləri isə həm xalq, həm də siyasilər tərəfindən qəbuledilməz hal kimi dəyərləndirilir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Seymur Həsənli bildirir ki, hansısa müxalifət qüvvəsinin, partiyasının xarici dövlətin kurasiyasında olması, onun sifarişlərini yerinə yetirməsi və onunla əməkdaşlıq etməsi gələcəkdə həmin dövlətin təhlükə altına düşməsi şansını artırır: «Çünki, müxalifət partiyası hakimiyyət uğrunda mübarizə aparır. Gələcəkdə də həmin partiyanın hakimiyyətə gəlməsi himayəsində olduğu əcnəbi fikrin hakimiyyətə gəlməsi deməkdir. Odur ki, bu kimi halların qarşısı alınmalıdır. Təəssüflər olsun ki, bu gün bir sıra özünü müxalifət kimi təqdim edən partiyalar "Qafqaz müxalifəti” adı altında gah Almaniya, gah Gürcüstan, gah şimal qonşumuz, gah da Qərb təşkilatlarına qulluq edirlər. Hətta bizdə belə bir məlumat var ki, bizim radikal müxalifət partiyalarımızdan biri 3 il müddətində ABŞ-ın müəyyən fondundan maliyyə alıb. Sonra məlum olub ki, həmin fond ermənilərin "Luxean" Fondudur. Bu kimi hərəkətlər çox ayıbdır və dövlətə, millətə, vətənə olan bir xəyanətdir”.
Sədr müavininin sözlərinə görə, radikal müxalifətin yürütdüyü siyasəti incələdikdə görə bilərik ki, onlar yalnız iqtidara düşmən kəsilməyiblər: "Onlar həm də Azərbaycan dövlətçiliyinə düşmən kəsiliblər. Guya onlar demokratiyanı gətirmək istəyirlər. Amma bu, yalnış olan fikirdir. Demokratiya xaricdən gəlmir, hər bir xalqın milli təfəkküründə olur. Bu da Azərbaycanda var. 20 illik bir dövlətin təbii ki, problemləri olacaq. Amma onları da daxilimizdə həll etməliyik. Xaricdən maliyyə almaqla, əməkdaşlıq etməklə bu problemlər həll olunası deyil. Xaric də dövlətə təzyiqi elə məhz həmin müxalif partiyaları vasitəsilə edir. Lakin müxalifətin xarici maraqlara xidmət etməsi həm çox qaranlıq, həm də qaranlıq olduğu qədər aydın məsələdir”.
Mübariz BAYRAMOV/"Mövqe" qəzeti

Bu xəbər oxucular tərəfindən 1737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |