Şrift:
Baş gizir Rəşad Camalov: Qalib Ordunun hərbçisi olmağımla fəxr edirəm
18.12.2020 [10:47] - Gündəm, Sosial
Sentyabrın 27-dən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları yaddaşlarda silinməz iz buraxdı. Hər birimiz müharibənin qanlı-qadalı olduğunu bilsək də ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canımızdan keçməyə hazır idik.

Bu fikirləri Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Elvin Rəsulov 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Qələbə ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Hərbçi bildirib ki, əzəli torpaqlarımızdan güc alan Azərbaycan əsgəri bütün çətinliyə sinə gərərək inamla irəliləyib: “Əsgərlərimiz üçün Vətən həsrəti, torpaqlarımızın azadlığı sevdası hər şeydən öndə gəlirdi. Biz doğma ocaqlarından didərgin düşən soydaşlarımızın haqqını bərpa etmək üçün vuruşurduq. Bu, bizim üçün haqq-ədalətin bərpası naminə aparılan döyüş idi. Cəsur, mərd və vətənpərvər hərbçilərimizin hücumunu görən düşmən geri çəkilmək məcburiyyətində qalırdı. Biz dayanmadan qarış-qarış torpaqlarımızı işğalçıların əsarətindən azad edirdik. Xidmət etdiyim bölmə döyüş tapşırığının öhdəsindən gələrək, Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində irəliləyirdi. Xocavənd istiqamətində gedən ağır döyüşlərdə yaralanmağım belə məni məqsədimizdən yayındırmadı. İllərdir həsrətlə gözlədiyim döyüşləri yarımçıq qoymağımdan təəssüflənirdim. Çox sevinirəm ki, uğurla başladığımız döyüşləri silahdaşlarımız Zəfərlə yekunlaşdırdılar”.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed