Şrift:
İran Urmiya gölündə bəndlərin tikintisini qadağan edib
21.11.2012 [09:39] - Güney Azərbaycan xəbərləri
İran administrasiyası Urmiya gölünün qurumasının qarşısını almaq üçün bəndlərin tikintisini qadağan edib.Bu barədə "Mehr News" agentliyi İran İslam Respublikasının energetika naziri Məcid Nəmcudan sitat gətirib.

Bununla belə, o əlavə edib ki, indi həyata keçirilən layihələr dayandırılmayacaq.

Uzun illər ərzində Urmiya gölünün sahillərində 19 bənd tikilib. Bu bəndlər kənd təsərrüfatının və sənayenin ehtiyacları üçün 1,8 milyard kubmetrə qədər suyun əldə olunmasına imkan verirdi.
Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed