21.12.2020 [11:08] - Gündəm, Hüquq
Dekabrın 20-də saat 20 radələrində İsmayıllı rayon sakini 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İsmayıllı Rayon Prokurorluğundan verilən məlumatda bildirilib ki, dərhal prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətlər yerinə yetiriblər.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Fərid Musayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Səxavət Məsimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 1892 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |