Şrift:
Türkiyədə Yeni il şənlikləri keçirilməyəcək
22.12.2020 [10:35] - Xəbərlər, Sosial
Koronavirus (COVID-19) infeksiyası riski ilə əlaqədar olaraq Türkiyə ərazisində Yeni ilə mərasimləri və bayram şənlikləri keçiriləməyəcək

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vilayət rəhbərlərinə müvafiq təlimat göndərilib. Bildirilir ki, otellər, qonaq evləri və digər mərasim yerlərində kütləvi bayram tədbirləri keçirilə bilməz.

Qeyd edək ki, hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi həftəsonu “Evdə qal!” rejimi dekabrın 31-də saat 21:00-da qüvvəyə minərək 2021-ci il yanvarın 4-də saat 5:00-dək davam edəcək. Əhaliyə tövsiyə edilir ki, Yeni ilin qarşılaması və bayramlaşma ailələr daxilində dar çərçivədə keçirilsin.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed