Şrift:
Türkiyədə saxta içki istehsalçılarına qarşı əməliyyat həyata keçirilib
22.12.2020 [11:14] - Gündəm, Hüquq
Türkiyədə saxta içki istehsalçılarına qarşı növbəti genişmiqyaslı əməliyyat həyata keçirilib

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı saxta içki istehsalında və satışında şübhəli bilinən 63 nəfərin saxlanılmasına qərar verilib. İstanbul, Bilecik, Giresun, Kocaeli, Mersin, Niğde, Samsun, Muğla ve Antalya vilayətlərində keçirilən əməliyyatlar nəticəsində şübhəlilərdən 53-ü saxlanılıb.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.

Son altı ayda Türkiyədə keçirilən əməliyyatlar zamanı tonlarla saxta içki və bu içkilərin hazırlanmasında istifadə olunan vasitələr ələ keçirilib.

Qeyd edək ki, Türkiyədə oktyabrın 9-dan indiyədək saxta içki zəhərlənməsi səbəbindən 93 nəfər həyatını itirib. Bu ölüm halları Türkiyənin 14 vilayətində baş verib.
Bu xəbər oxucular tərəfindən 2127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed