Şrift:
ABŞ-ın yeni seçilən Prezidenti Co Bayden COVID-19 əleyhinə peyvənd edilib
22.12.2020 [11:15] - Xəbərlər, Sosial
ABŞ-ın yeni seçilən Prezidenti Co Bayden COVID-19 əleyhinə “Pfizer/BioNTech” vaksininin ilk dozası ilə açıq şəkildə peyvənd edilib.

Vaksinləmə ABŞ-ın Delaver ştatındakı Nyuark şəhərinin xəstəxanasında keçirilib. Onun həyat yoldaşı – ölkənin gələcək birinci xanımı Cill Bayden də həmin gün peyvənd edilib.

Baydenin peyvəndlənməsi ABŞ-da tibb işçilərinə vaksinin ilk dozaları tətbiq edildikdən bir həftə sonra və koronavirus əleyhinə ikinci vaksinin təcili istifadə olunmasına Qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti idarəsi tərəfindən icazə veriləndən sonra aparılıb.

“Pfizer” vaksini 95 faizli effektivliyin alınmasından ötrü bir neçə həftə fasilə ilə iki dozanın vurulmasını tələb edir. Co və Cill Baydenlərin vaksinin ikinci dozasını nə vaxt alacaqları hələ məlum deyil. Baydenin mətbuat katibi Cen Psaki bildirib ki, yeni seçilən vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Duq Emhoff gələn həftə peyvənd olunacaqlar.

Baydenin koronavirusla mübarizə ilə bağlı planına müvafiq olaraq, onun prezidentliyinin ilk 100 günündə təqribən 100 milyon peyvənd paylanılacaq. Bu isə 50 milyon nəfərin vaksinlənməsinə kifayət edəcək.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed