Şrift:
Gürcüstan kibercinayətkarlığa qarşı mübarizəni gücləndirir
23.12.2020 [11:24] - Xəbərlər, Sosial
Gürcüstan cinayətkarlığın, xüsusən də kibercinayətkarlığın qarşısını almaq üçün ciddi tədbirlər görəcək. Bu tədbirlərdən biri də kibercinayətkarlığa qarşı mübarizə polisinin yaradılması olacaq.

Bu barədə Gürcüstanın daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın bütün iri şəhərlərində kibercinayətkarlıqla mübarizə üzrə polis bölmələri yaradılacaq.

Bu bölmələr xüsusi proqram təminatı və texniki vasitələrlə təchiz olunacaq. Kibercinayətkarlıqla mübarizənin effektivliyini artırmaq məqsədilə qanunvericilik bazası gücləndiriləcək, Avropa və ABŞ-ın cinayətkarlığın bu növü ilə mübarizədə aparıcı qurumları ilə operativ əməkdaşlıq dərinləşdiriləcək.

Bildirilib ki, bu il ölkədə 152 kibercinayətkar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İllik müqayisədə bu kateqoriyaya aid qanunsuz əməllərin sayı 24 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed