23.12.2020 [11:45] - Gündəm, Hərb
Ermənilər onu Kəlbəcərdə əsir götürəndə cəmi 15 yaşı vardı. Nənəsinin yalvarışlarına, fəryadına məhəl qoymadan yeniyetmə oğlanı tankın üstünə mindirib özləri ilə aparıblar. Buna etiraz edən nənəsini isə gözünün qabağında güllələyiblər.
1993-cü ilin aprel ayında olan bu dəhşətli hadisəni kəlbəcərli Zabil Səfərov yaşayıb. Üç ilə yaxın əsirlikdə olan Zabil hazırda Xaçmaz rayonun Nabran kəndindəki Dostluq Turizm Bazasının ərazisində məskunlaşıb. 42 yaşlı Zabil Səfərovunun bir qız, bir oğlan övladı var. Nabran kəndində, ümumilikdə, 40-dan çox kəlbəcərli ailə yaşayır.
Zabil Səfərovun əsir götürülmə anları erməni terrorçuları tərəfindən lentə alınıb. Həmin videokadrlara internetdə baxmaq olar. Zabil bildirir ki, ermənilər çəkiliş apardıqdan sonra nənəsini güllələyib, özünü isə vəhşicəsinə döyərək özləri ilə aparıblar.
“Mən özüm Zivel kəndində doğulmuşam. Amma 8 yaşımdan Çıraq kəndində nənəmlə yaşamışam. 1993-cü ilin mart ayının son günlərində ermənilər Kəlbəcərə girməyə başladı. Bizim kənddən hamı çıxdı, mən isə yaşlı nənəmlə qaldım. Aprel ayının 4-də kəndimizi mühasirəyə aldılar. Bir gün sonra isə biz ermənilərə əsir düşdük. Nənəm tanka minə bilmədiyi üçün məni tək aparırdılar. Ahıl qadın yalvarıb-yaxardı ki, əmanət uşaqdır, onu məndən ayırmayın. Amma ermənilər nənəmin ah-naləsinə baxmadılar. Bundan sonra nənəmi bir kəlmənin üstündə öldürdülər. O dedi ki, onsuz da gec-tez bizim əsgərlər buranı sizdən azad edəcəklər. Bu torpaqlar sizdə qalmayacaq. Məni tanka mindirdikdən sonra nənəmi güllələdilər. Məni isə avtomatın qundağı ilə döyüb, işgəncə verdilər”, - deyə Zabil Səfərov söyləyib.
Bundan sonra Z.Səfərovun 2 il 9 aylıq dözülməz işgəncələrlə dolu əsirlik həyatı başlayıb. Uzun müddət Xankəndidə, Ağdərədə əsir düşərgələrində, eləcə də Şuşa həbsxanasında saxlanılan Zabit gördüklərindən uzun illər yadaşından silinməyəcək sarsıntı keçirib.
“Bizi qul kimi işlədirdilər. Gözümün qabağında yaşlı-cavan demədən kimi istəsələr olmazın işgəncələrə məruz qoyaraq öldürürdülər. Mənə gücüm çatmayan işləri gördürürdülər. Yemək vermirdilər. Yay gələndə sevinirdik ki, işləməyə gedəndə ağaclardan meyvə yeyib qarnımızı doyuracağıq. Valideynlərimdən xəbərim yox idi. Bilmirdim salamatdırlar, ya yox. Bir ildən sonra Beynəlxalq Qırmızı Xaç Təşkilatının vasitəçiliyi ilə dayımla əlaqə saxladım. Danışıqlardan sonra bizi 1996-cı ilin yanvar ayında Azərbaycanda olan mülki ermənilərlə dəyişdilər. Mən Bakıya gələndə gözlərimə inana bilmirdim. Ermənilər doğma dilimizdə danışmağa icazə vermədiklərindən Azərbaycan dili artıq mənə qəribə gəlirdi. O qədər sarsılmışdım ki, dayıma deyirdim ki, Azərbaycan dilində danışmayaq bizi eşidərlər. Sonra Xaçmaza valideynlərimin yanına gəldim. Yalnız ailə qurandan sonra həyat yoldaşımın dəstəyi ilə psixoloji vəziyyətim normallaşmağa başladı. Gecələr daim qarabasmalarım olurdu. Elə bilirdim yenə əsirlikdəyəm”, - deyə Zabil Səfərov o dəhşətli günləri xatırlayır.
Həmsöhbətimiz bu günə kimi Kəlbəcər həsrəti ilə yaşadıqlarını, həmişə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını bildirib: “Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin hər çıxışını diqqətlə izləyirdik. Əmin idik ki, torpaqlarımız alınacaq. Mənim övladlarım o torpaqları görməyib. Amma Kəlbəcər üçün məndən çox sevinirlər. Günü elə bu gün ora qayıtmağa hazırıq. Prezidentimiz desin ki, torpaqlarımıza qayıdırıq, hamıdan qabaq gedəcəyəm. Mən Kəlbəcərə gedən kimi, ilk növbədə, nənəmin öldürüldüyü yerə baş çəkəcəyəm. Sonra 5 ay zülm çəkdiyim Şuşa həbsxanasında olmaq istəyirəm... Biz kəlbəcərlilər bir an da olsa doğma torpaqlarımıza dönəcəyimizə şübhə ilə yanaşmadıq. Yurd həsrəti bizi üzsə də, Vətənimizin düşməndən azad olunacağına inamımız hər keçən gün daha da artdı. Uşaqlarımla birgə doğma kəndimə köçüb təsərrüfatla məşğul olacağam”.
Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.
Bu il noyabr 25-də üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.

Bu xəbər oxucular tərəfindən 1463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |