Şrift:
"Traxtur" Azərbaycan FK Mənsuriyanın qalmaqallı çıxışı ilə bağlı bəyanat yayıb
23.12.2020 [12:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Baş məşqçi seçilən zaman "Traxtur"u tərifləyən Əlirza Mənsuriyan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra televiziyada etdiyi çıxışda klubun sahibinə qarşı əsassız ifadələr irəli sürüb.


Bu tehranlı baş məşqçi iddia edib ki, "Traxtur"un rəhbəri Məhəmmədrza Zonuzi İran Futbol Federasiyasının rəhbəri olmaq istəyir və bu vəzifəyə gəldikdən sonra "İstiqlal" və "Persopolis" komandalarını "məhv edəcək".


O, həmçinin iddia edib ki, proqrama qatılmazdan əvvəl "Traxtur" komandası tərəfindən təhdid edilib.


"Traxtur" Azərbaycan Mənsuriyanın bu sözləri və İran televiziyasının klubun rəhbərliyinə qarşı qərəzli mövqeyinə etiraz olaraq yaydığı bəyanatda qeyd edib:


"Bildiririk ki, Traxturun sabiq baş məşqçisinin iştirakı ilə baş tutan Premyer Liqa verilişində klub rəhbərliyinə irəli sürülən ittihamlara cavab vermək imkanı yaradılmayıb. Bütün cəhdlərə baxmayaraq, müzakirələrin Traxtur barədə getməsinə rəğmən, klub rəhbərliyinin telefonla verilişə qoşulub, bütün deyilənlərə cavab verməsinə imkan vermədilər. Təəssüf ki, sözügedən proqram hələ də Traxtur komandasına qarşı təbliğat kampaniyasına davam edir. Traxtur komandası bu yanaşmaya qarşı təəssüf və etirazını ifadə edir."
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed