Şrift:
Urmuda Qarabağın azadlığına dəstək verən müttəhimlərin məhkəmə istintaqının müddəti uzadılıb
24.12.2020 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmulu mədəni fəallar Hüsniyə İntixabi Həsənluyi, İrfan Mehdixani Saatlu, Salar Tahir Əfşar, Rza İbrahimzadə, Babək Hüseynzadə, Ramin Dabəxş, Əmir İzzəti Heydərlu, Ramin Dehqan, Yunis Şirzad Cavan, Cavad Rzayi, Fərhad Məhəmmədi və Səhənd Behnəmun, məhkəmənin onlayn sistemi vasitəsi ilə aldıqları hökmlə Urmiya Dövlət və İnqilab Prokurorluğunun 8 saylı şöbəsində açılan iddia üzrə məhkəmə istintaqlarının müddətinin uzadılması barədə məlumat alıblar.



İstintaqın 8-ci şöbəsinin rəisi hakim “Məhəmməd Rza Qənizadə” Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsinə istinadən, adı çəkilən azərbaycanlı fəalların "ictimai asayişi pozmaq" ittihamı ilə təqsirləndirilməsi ilə bağlı istintaq qərarını 12 ay uzadıb.

Hökmə əsasən adı çəkilən fəalların göstərilən müddət ərzində toplantılara qatılmaları qadağan edilib.



Xatırladaq ki, 1 oktyabr 2020-ci ildə Azərbaycan milli-mədəni fəallarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək olmaq üçün dinc aksiya çağırışından sonra təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin Azərbaycan şəhərlərinin əsas meydanlarında yerləşdirilərək, Urmu, Təbriz, Zəncan, Ərdəbil və Tehran şəhərlərində qanunsuz şəkildə və heç bir əsas göstərmədən çoxsaylı güneyli milli-mədəni fəalı həbs etdilər.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed