Şrift:
İran rejimi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlarda şərtlərini açıqladı
21.11.2012 [10:43] - Gündəm, Güney Azərbaycan xəbərləri
İranın nüvə proqramı üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə danışıqlarda uğurun qazanılmasında əsas amil BAEA-nın məntiqli və ağlabatan yanaşmasıdır. Press TV-nin məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda keçirilən mətbuat konfransında deyib.

"Danışıqlar yaxın vaxtlarda baş tutacaq və ümid edirik ki, BAEA nümayəndələri ciddi, məntiqli rəylər verəcəklər", - Mehmanpərəst bildirib və əlavə edib ki, İranın atom enerjisindən dinc istifadə hüququ təmin edilməlidir.

BAEA və İran danışıqların növbəti raundunun dekabrın 13-də keçirilməsi barədə razılığa gəliblər.

Mehmanpərəstin sözlərinə görə, İran beynəlxalq vasitəçilərdən ibarət "altılıq"la da konstruktiv danışıqlar aparmağa hazırdır.

"Əgər "5+1" qrupu özünün yanlış yanaşmasını məntiqli yanaşmaya dəyişərsə, biz qarşılıqlı anlaşma əldə edə bilərik və bütün məsələlər aradan qaldırılacaq", - Mehmanpərəst qeyd edib.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed