25.12.2020 [10:49] - Gündəm, Sosial
ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşün məqsədi “ASAN Assosiasiyası”nın yenilənmiş Əsasnamə layihəsinin müzakirəsi və sənədin imzalanması məqsədilə üzv ölkələrin dövlətdaxili prosedurlarına ötürülməsi olub.
Görüşdə dövlət agentliyinin sədr müavini Ceyhun Salmanov tədbir iştirakçılarını salamlayaraq Assosiasiyanın mahiyyətindən və görüşün önəmindən söz açıb.
İştirakçılara, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə ətraflı məlumat verilib. Ermənistan işğalının və hücumlarının dövlət xidmətlərinin göstərilməsi kontekstində yaratdığı problemlərdən, eyni zamanda, mülki əhaliyə və şəhər infrastrukturuna dəymiş genişmiqyaslı zərər barədə bəhs olunub. İşğaldan azad olunmuş ərazilərimizdə vətəndaşların dövlət xidmətlərinə bərabər çıxışının təmin edilməsinin qarşımızdakı ən mühüm hədəflərdən biri olması da vurğulanıb.
“Dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılması barədə Niyyət Bəyannaməsi 2019-cu ilin iyun ayında Bakıda təşkil olunmuş BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.
Assosiasiyanın Əsasnamə layihəsi dövlət agentliyinin ekspert qrupu tərəfindən hazırlanaraq müvafiq ölkələrə baxılmaq üçün göndərilib. Niyyət Bəyannaməsinin ətraflı müzakirəsi məqsədi ilə ötən ilin dekabrında müvafiq ölkələrin iştirakı ilə yüksək səviyyəli ekspert görüşü təşkil olunub. Bu ilin əvvəlində Əsasnamə layihəsi yenilənərək iştirakçı tərəflərə göndərilib.
“ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılmasında məqsəd üzv ölkələr arasında dövlət xidmətlərinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yolları və vasitələrinin müzakirəsidir. Həmçinin strategiya və onun reallaşdırılması çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etmək, habelə dövlət xidmətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək əsas prioritetlərdir.

Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |